Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək
04.06.11 02:52

Magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib, təsdiq etdirməlidirlər. “Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək”,-deyə TQDK sədri vurğulayıb. O, həmçinin bakalavrların iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün “bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib, götürməli olduqlarını da bildirib. Xatırladaq ki, magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 20-də keçirilib.
URL / WWW
http://kelam.az/article/a-3749.html