Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət qulluqçularının fəaliyyəti ilə bağlı şikayətlərin sayı artıb
03.06.11 19:52

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DQMK-nin Hüquq sektorunun müdiri Vüqar Əsgərov söyləyib. Bu gün Bakı Biznes Mərkəzində DQMK tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirdə çıxış edən V.Əsgərov xatırladıb ki, ötən il təmsil olunduğu quruma 5 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlərdən 2-si təmin olunub, 3-ü isə əsassız hesab edilib. Cari ilin 5 ayı ərzində isə komissiyaya 26 müraciətin daxil olduğunu açıqlayan V.Əsgərov onlardan 10-nun etik davranış qaydaları ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, 7 müraciət əsassız olub, 9 müraciətlə bağlı isə hazırda araşdırma aparılır. V.Əsgərov onu da açıqlayıb ki, müraciətlər həm mərkəzi, həm də yerli Icra Hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı olub.
URL / WWW
http://kelam.az/article/a-3747.html