Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Robert Bradke ilə görüşüb
03.06.11 19:52

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonda Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Robert Bradke ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüş zamanı Ermənista-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib. Səfər çərçivəsində E.Məmmədyarov region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun (Brookings İnstitute) ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə Direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb. E.Məmmədyarov Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması barədə geniş məlumat verib. Eyni zamanda, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında iştirakçıları məlumatlandırıb. Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb. Görüşdə regional və qlobal məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3746.html