Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda iştirak edib
04.06.11 02:49

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Estoniyanın Tallin şəhərində “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının dəstəyi ilə təşkil olunmuş konfrans iştirakçıları kibercinayətkarlıqla mübarizə sahəsində effektiv tədbirlər, eləcə də bu istiqamətdə “Şərq tərəfdaşlığı” proqramına üzv-ölkələr arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Tədbirdə Estoniya tərəfi kibertəhlükəsizliyin təmin olunması sahəsində öz təcrübəsi ilə bölüşüb. Avropa Şurasının ekspertləri tərəfindən isə kibertəhlükəsizliklə mübarizə mövzusunda təqdimatlar nümayiş etdirilib. Həmçinin konfransa toplaşan iştirakçılar Şəbəkədə törədilən cinayətlərlə mübarizə və elektron sübutlar sahələrində strateji prioritetlər üzrə fikir mübadiləsi aparıb, kiberhücumlara qarşı mübarizə strategiyasının formalaşdırılması və kibertəhlükəsizliyin təmin olunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-3743.html