Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Xəzərin enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə daşınmasını tam şəkildə dəstəkləyir
03.06.11 19:49

ABŞ administrasiyası Xəzər regionundan çıxarılan enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə Avropaya daşınmasını tam şəkildə dəstəklədiyini bildirib. ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Nümayəndələr Palatasının Xarici Əlaqələr üzlə Alt Komitəsinin iclasında bildirib ki, hazırda üç konsorsium «Şahdəniz» yatağından çıxarılan qazın Avropaya çatdırılmasında bir-biri ilə rəqabət aparır. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, bu layihə üzrə yekun investisiya qərarı ilin sonuna kimi çıxarılmalıdır. Morninqstar qeyd edib ki, Vaşinqton enerji daşıyıcılarının Avropaya daşınmasında İranın iştirakının əleyhinə olsa da, İran kompaniyalarına qarşı tətbiq edilən sanksiyalar bu ölkəyə əl verir. «Əgər İran kompaniyalarına qarşı sanksiyalar tətbiq edilsə, bu, “Şahdəniz” layihəsinə də təsir edəcək. Axı layihədə İran tərəfinin 10 faiz payı var. Bu sanksiyalardan udan isə İran olacaq. Belə ki, Tehran Avropaya çatdırılacaq əsas mənbənin qarşısını ala bilər» - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-3742.html