Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sarkisyan erməni-türk protokollarına atdığı imzanı geri götürməsini istisna etmir
03.06.11 02:20

Ermənistan prezidenti Serj Sarkisyan rəsmi Yerevanın erməni-türk protokollarına atdığı imzanın geri götürülməsi imkanlarını istisna etmir. «KƏLAMİNFO»nun məlumatına görə, bunu «Qraparak» qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzetdə dərc edilən məqalədə göstərilib ki, prezident bunu qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş qapalı müşavirədə səsləndirib. Məlumata görə, «İrs» Partiyasının sədri Raffi Ovannisyan toplantıda prezidentdən erməni-türk protokollarına atdığı imzanı geri götürmək fikri olub-olmadığını soruşub. Sarkisyan da bununla bağlı müzakirə açmağın əleyhinə olduğunu deyib. Lakin Ovannisyan məsələnin müşavirə iştirakçıları üçün vacib əhəmiyyətli olduğunu deyib. «Mən bunu istisna etmirəm» - deyə prezident vurğulayıb. Raffi Ovannisyan «Qraparak»ın bu informasiyasını təsdiqləyib: «Bu informasiya həqiqətə uyğundur. İmzaların geri götürülməsini yaxşı start adlandırıram. Mən ümidvaram ki, hələ ki gec deyil, buna tam şəkildə cavab veriləcək».
URL / WWW
http://kelam.az/article/a-3738.html