Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nabrana turizm infoturu təşkil olunur
02.06.11 20:20

İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tur regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi daşıyır. Xatırladaq ki, respublikamızın ən gözəl rayonlarından olan Xaçmaza yerli turizm şirkətləri və kütləvi informasiya vasitələrinin iştirakı ilə infoturun təşkil olunması da layihənin əsas məqsədləri içərisindədir. Qeyd edək ki, bu infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. Bildirilib ki, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eyni zamanda mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə də tanış olacaqlar.
URL / WWW
http://kelam.az/article/a-3737.html