Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “İran daim bizimlə münasibətdə diqqətli olmalıdır”
03.06.11 02:20

“Son günlər İran Cənubi Qafqazda Qarabağ kartı ilə fəallaşmaqla öz daxilində baş verənlərdən diqqəti yayındırmağa çalışır. Məsələn, İranda yaşayan çoxsaylı azərbaycanlılarla bağlı mövcud problemlərdən diqqəti yayındırmaq üçün Qarabağ kartı Tehran üçün vasitədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. Vitse-spiker deyir ki, İranın Qarabağ döyüşləri zamanı hansı rol oynamasından hər kəsin xəbəri var və bu, heç vaxt yaddan çıxmayıb ki, indi İran ruhaniləri bunu pərdələsinlər. “İran bizimlə qonşu ölkədir və unutmamalıdırlar ki, orada bizim çoxsaylı soydaşlarımız yaşayır. İran daim bizimlə münasibətdə bunları nəzərə almalıdır, diqqətli olmalıdır” - deyə B.Muradova vurğulayıb. Onun sözlərinə görə, İran mollalarının Qarabağla bağlı bu cür bəyanatlarının davam etməsi iki ölkə arasında münasibətlərin inkişafında narazılıqlar yarada bilər. Qeyd edək ki, son günlər İrandakı molla rejiminə mənsub olan bir sıra ruhanilər, xüsusilə də Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulin Qarabağla bağlı qəribə iddialar səsləndirir. Onların fikrincə, İran Qarabağ müharibəsi dövründə Azərbaycana böyük dəstək verib.
URL / WWW
http://kelam.az/article/a-3734.html