Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Avropa ölkələrinin BMT-dəki səfirlərindən dəstək istəyib
02.06.11 20:20

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. E.Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olması, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda, nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-3733.html