Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov ABŞ-ın aparıcı KİV nümayəndələri ilə görüş keçirib
03.06.11 02:18

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı KİV-lərinin nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüşdə E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqda iştirakçılara geniş məlumat verib. Azərbaycanın iqtisadi sahədə apardığı siyasət məsələsinə toxunaraq, dövlətimizin regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyimiz uğurlar, regional layihələrdə fəal iştirak etməsi və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verən E. Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Daha sonra E. Məmmədyarov Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə toxunaraq, bir çox sahələrədə apardığımız uğurlu əməkdaşlıq barədə media nümayəndələrini məlumatlandırıb. Nazir E. Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabr ayında keçiriləcək seçkilərədə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri jurnalistlərin diqqətinə çatdırıb. E.Məmmədyarov həmçinin KİV nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-3732.html