Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlanıb
02.06.11 20:18

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabatı hazırlanıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir. Hesabat real, fiskal, monetar sektor, tədiyyə balansı, hökumətin anti-böhran tədbirləri və sosial sahələrin inkişafı hissəsindən ibarətdir. Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapır. Fiskal sektor iki hissədən ibarətdir: dövlət büdcəsi və Dövlət Neft Fondu. Həmçinin, hesabatda Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılıb. Ümumiyyətlə, hesabatda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatının son səkkiz ildə dəfələrlə artdığı aydın şəkildə görünür
URL / WWW
http://kelam.az/article/a-3730.html