Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək
02.06.11 20:18

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 5-6 iyun tarixlərində Parisdə Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. BTİ və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. Bundan əlavə, iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Besson ilə ikitərəfli görüşü nəzərdə tutulub. Tədbir iki ölkənin özəl sektorları arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını artırmalıdır. Həmçinin Parisə səfəri zamanı Ə.Abbasov “ArianeSpace” şirkətinin rəhbəri Jan-İv Le Galla görüşəcək və Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını müzakirə edəcək. Xatırladaq ki, milli peykin “ArianeSpace” şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3729.html