Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı Uşaq Teatrı 10-cu ilinə qədəm qoyub
01.06.11 20:05

“Körpəm” adı ilə fəaliyyətə başlayan Bakı Uşaq Teatrı 10-cu ilinə qədəm qoyub. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan “KƏLAMİNFO”ya bildirib ki, bu sahədə Cənubi Qafqazda peşəkar olan Bakı Uşaq Teatrı səhnələşdirdiyi tamaşalarla bütün gücünü maarifləndirməyə həsr edir. Bu barədə danışan direktor uşaqların hüquqlarının pozulmasını qeyd edib, valideynlər və cəmiyyətin burada rolunun olmasını təəssüflə bildirib. “Əgər 65% uşaqlar ana südündən məhrum olunursa, evlərdə, küçə və parklarda uşaqlar başlı-başına buraxılırsa, bu uşaqların hüquqlarının pozulması deyilmi?”,-deyə vurğulayan İ.Soltan teatrda yalnız uşaqlar üçün deyil, tamaşaların yuxarı yaş təbəqələrinin nümayəndələri üçün də nəzərdə tutulduğunu bildirib.Qeyd edək ki, Bakı Uşaq Teatrının nəzdində fiziki cəhətdən xüsusi ehtiyacı olan uşaqlardan ibarət studiya da yaradılıb. İ.Soltan daim uşaqların əqli mühafizəsində durduqlarını və onlara daim diqqət və qayğı ilə yanaşacaqlarını da bildirib. Xatırladaq ki, teatr SPİD əleyhinə şüarla cəzaçəkmə müəssisələrində də tamaşalar vermək niyyətindədir.
URL / WWW
http://kelam.az/article/a-3727.html