Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhmədinejadın məsələsinə məhkəmə baxacaq
01.06.11 22:05

İran parlamenti prezident Mahmud Əhmədinejadla bağlı işi məhkəmə orqanlarına göndərib. Parlamentarilərin qərarında göstərilib ki, prezident neft məsələləri üzrə naziri vəzifəsindən azad etdikdən sonra ona rəhbərliyi öz üzərinə götürüb. «KƏLAMİNFO» «Mehr» agentliyinə istinadən yaydığı məlumatda göstərib ki, işin məhkəməyə verilməsi ilə bağlı keçirilən səsvermədə 165 nəfər bunun lehinə, bir nəfər əleyhinə, 13 nəfər isə bitərəf qalıb. İran Konstitusiya Keşikçiləri Şurası bu günlərdə bəyan edib ki, İran prezidenti neft məsələləri üzrə nazir vəzifəsini icra edə bilməz. Müvafiq qanunvericiliyə görə, prezident üç aylıq müddət ərzində parlamentə yeni nazirlərin namizədliyini təqdim edə bilər. Bu müddət ərzində o, nazir postuna səlahiyyətlərini icra edən şəxsi təyin etməlidir. Eyni zamanda özü də bu vəzifəni icra edə bilər.
URL / WWW
http://kelam.az/article/a-3722.html