Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsi ilə bağlı Dəyirmi masa keçirildi
04.12.09 03:37

Bu gün Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsinə başlanılması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının “Qarabağ həqiqətləri və Xocalı Soyqırımı”nın təbliğinə həmişə diqqət ayırdığını bildirdi. O, bu diqqəti bir qədər artırmağa, kütləvi informastiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac olduğunu söylədi. Ə.Amaşov elan edilən mövzuların təbliğində iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacağını vurğuladı. Ə.Amaşov qalib yazıların ingilis dilində tərcümə edilərək müxtəlif KİV-lərdə dərci, informasiya portallarında və VEB səhifələrdə yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirdi. Tədbirdə cıxış edən “Xocalı Soyqrımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Babayev Qarabağ və Xocalı həqiqətlərini bir daha bütün dünyaya çatdırmağın vacib və əhəmiyyətli olduğunu vurğuladı. O, bu işin bir hissəsinin də KİV-in üzərinə düşdüyünü bildirdi.Təşkil olunan layihəni maliyyələşdirən “Azərsun Holdinq”in nümayəndəsi Atif Səfərov mükafata ayrılan ümumi məbləğin 3200 manat olduğunu bildirdi. Qeyd edək ki, müsabiqədə birinci yerə 1000 AZN, ikinci yerə 650 AZN, üçüncü yerə isə 300 AZN mükafat veriləcək.
URL / WWW
http://kelam.az/article/a-372.html