Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İltimas Məmmədov Türkiyədə konfransda iştirak edəcək
01.06.11 20:05

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2-3 iyun tarixlərində İstanbulda (Türkiyə) Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurumların 6-cı Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında (6th Black Sea and Caspian Regulatory Conference) iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. Sözügedən regionların rabitə sahəsi üzrə tənzimləyici qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək tədbir Türkiyə Telekommunikasiya Qurumu (TTQ) tərəfindən təşkil olunur və bu dəfə “Rəqəmsal şəhərlərə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusuna həsr edilir. İltimas Məmmədov tədbirdə “Stasionar yeni nəsil şəbəkələrində tənzimləmə, rəqabət və genişzolaqlı rabitə üzrə siyasət” mövzusu üzrə məruzə ilə çıxış edəcək və bu sahədə həyata keçirilən milli siyasət və strategiya haqqında danışacaq. Qeyd edək ki, sayca artıq 6-cı olan sözügedən konfrans ilk dəfə 2006-cı ildə təşkil olunub. Hər il tədbir iştirakçıları rabitə və informasiya texnologiyaları sektorunun inkişafı baxımdan böyük əhəmiyyət kəsb edən əsas mövzu ətrafında geniş spektrli müzakirələr aparır. Konfrans region ölkələrinin nümayəndələri üçün təcrübə və bilik mübadiləsi nöqteyi-nəzərdən əlverişli platforma rolunu oynayır.
URL / WWW
http://kelam.az/article/a-3718.html