Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Samir Şərifov: “Büdcə xərclərinin artırılması inflyasiya riski yaradır”
01.06.11 23:58

“2011-ci il üzrə dövlət büdcəsinin xərclərinin 25 faiz artırılması müəyyən inflyasiya riskləri yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib. O qeyd edib ki, inflyasiyanın səviyyəsinin yüksək olmaması üçün Azərbaycan hökuməti tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək: “Mərkəzi Bank və Maliyyə Nazirliyinin birgə səyləri nəticəsində inflyasiya meyillərini, inflyasiyanı cilovalamaq istiqamətində əməli tədbirlər keçirəcəyik”. Nazir, həmçinin bildirib ki, Maliyyə Nazirliyi artıq büdcə məsələləri ilə məşğul olan və Beynəlxalq Valyuta Fondunun nəzdində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir: “Həmin təşkilat büdcə indeksini hazırlayır. Azərbaycanın əvvəllər bu indeksdə göstəriciləri xeyli aşağı idi. Son zamanlar xeyli irəliləyişə nail olunub. Əvvəllər bizim 30 xalımız vardısa, hazırda 43 xalımız var. Mən güman edirəm ki, bir sıra tədbirlər çərçivəsində bundan da yüksək olacaq. MDB dövlətlərinin reytinqinə bərabər və yaxud üstün olacağıq”.
URL / WWW
http://kelam.az/article/a-3716.html