Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gövhər Baxşəliyeva Şərq aləmində baş verən proseslərin Azərbaycana təsirindən danışıb
01.06.11 19:58

“Hesab edirəm ki, müasir Şərq aləmində, xüsusən ərəb ölkələrində baş verən proseslər bilavasitə Azərbaycana təsir göstərə bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva söyləyib. Hər ölkənin öz problemi olduğunu xatırladan şərqşünas alim həmçinin qeyd edib ki, Azərbaycan əhalisi ərəb ölkələrinin əhalisi ilə müqayisədə həm intellektual, həm də mədəni və gündəlik yaşayış baxımından qat-qat yüksəkdə durur: “Ərəb aləminin iqtidarında son illər bir qədər ətalət hökm sürürdü. Onlar elə bilirdilər ki, hər şey qaydasındadır, halbuki, belə deyildi. Orada çox böyük işsizlik mövcud idi. Əhalinin təqribən otuz faizi Misirdə, qırx faizi Tunisdə, otuz faizdən artığı isə Liviyada işsiz idi”,-deyən G.Baxşəliyeva hesab edir ki, bu ölkələrdə baş verən həlledici oyunlarda xüsusən gənclər arasındakı işsizliyin böyük rolu olub. Onun sözlərinə görə, dövlətin borcu idi ki, vaxtında bu məsələlərə diqqət yetirsin: “Amma təəssüf ki, həll edə bilmədilər. Ərəb aləminin müasir gəncliyi əvvəlki kimi yaşamaq istəmir. Onların xeyli hissəsi Qərb ölkələrində yaxşı təhsil alıblar. Ərəb ölkələrinin özündə də Amerika və digər ölkələrin universitetləri fəaliyyət göstərir. Belə şəraitdə təhsil alan müasir gənclər üçün də həmin ölkələrdə heç bir perspektiv yox idi. Əsas təkanverici qüvvə də bu idi”,-deyən G.Baxşəliyeva həmin ölkələrdə baş verən proseslərin digər səbəbini isə dünya iqtisadi böhranı və gündəlik ərzaq məhsullarının kəskin surətdə bahalaşması ilə əlaqələndirib. “Hesab edirəm ki, Azərbaycanda olmamalıdır”,-deyən şərqşünas alim qeyd edib ki, cəmiyyətin çətinliyə düşməməsi ilə bağlı dövlət tərəfindən mobil reaksiya verilir.
URL / WWW
http://kelam.az/article/a-3714.html