Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fəzail Ağamalı: “Müxalifətin radikal qanadının bu kimi şərtlərə qarşı çıxmaları təsadüfi deyil”
01.06.11 19:58

“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun yeniləndikdən sonra ölkədəki bəzi siyasi partiyalar anlayacaq ki, öz işinə laqeyd yanaşmaqla, yaxud seçkiləri boykot etməklə, heç nə qazanmaq olmur”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. O, qeyd edir ki, bu yenilik partiyalar arasında fəal ilə qeyr-fəalı aydınlaşdırmağı asanlaşdıracaq. “Bununla partiya dövlətdən maliyyələşmək üçün istər bələdiyyə, istərsə də parlament seçkilərində fəal iştirak edib mandat qazanmalıdır. Mandat qazandıqdan sonra dövlət tərəfindən maliyyələşməklə öz işini qura biləcək. Bu stimulverici şərtlərdən biri və ən vacibidir. Ona görə də müxalifətin müəyyən qanadı özünün şərtlərini cəmiyyətə diqtə etmək arzusunda olsa da, hər şey reallığa söykənməli və qanun çərçivəsində öz həllini tapmalıdır”,-deyə F.Ağamalı vurğulayıb. Millət vəkili deyir ki, müxalifətin radikal qanadının bu kimi şərtlərə qarşı çıxmaları təsadüfi deyil. “Onlar parlamentə şəffaf və demokratik keçirilən son seçkilərdə öz rəqiblərinə məğlub olublar. Bunu beynəlxalq müşahidəçilər də etiraf edib. Müxalifət artıq tükəndiyini bilir və belə ədalətli şərtlərlə fəaliyyətini davam etdirə bilməyəcəyini anlayır”,-deyə o, əlavə edib. Qeyd edək ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Bu yaxınlarda isə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən qanuna əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə təkliflər təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-3713.html