Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kanadalı millət vəkili Azərbaycanla bağlı bəyanat səsləndirib
01.06.11 19:58

Bu gün Kanadanın Ontario əyalətinin parlamentində millət vəkili Monte Kvinter (Monte Kwinter) tərəfindən Azərbaycanın Respublika Gününün qeyd edilməsi ilə bağlı bəyanat səsləndirilib. Kanadadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, M.Kvinter tərəfindən verilən bəyanatda 1918-ci ildə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq öz müstəqilliyini elan etdiyi, Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika olduğu və ölkəmizin bir çox Qərb ölkələrindən əvvəl qadınların seçki hüququnu tanıdığı bildirilib. Bəyanatda, həmçinin, Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdiyi və bu il müasir və dünyəvi Azərbaycan Respublikasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanıb. Ölkəmizin son illər ərzində bəzi təhdidlər ilə üzləşməsinə baxmayaraq, xüsusilə iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində mühüm nailiyyətlər əldə etdiyi bəyanatda öz əksini tapıb. Azərbaycanın nailiyyətlərinin Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən müsbət qarşılandığı bəyanatda qeyd olunub. Ölkəmizin eyni zamanda, mühüm regional layihələr həyata keçirdiyi vurğulanıb. Bəyanatın sonunda Azərbaycanın terrorçuluğa qarşı mübarizədə oynadığı vacib siyasi rol və Kanada əsgərləri ilə birgə ölkəmizin sülhməramlılarının Əfqanıstanda xidmət keçmələrinə diqqət yönəldilib.
URL / WWW
http://kelam.az/article/a-3712.html