Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının BMT yanındakı nümayəndələri ilə görüşüb
01.06.11 19:58

ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi Nümayəndələri ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərədə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. E. Məmmədyarov Azərbaycanın apardığı uğurlu və müstəqil siyasət barədə iştirakçılara məlumat verib, iqtisadiyyat sahəsində, xüsusilə enerji sahəsində əldə etdiyimiz nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanın regionda aparıcı dövlət olmasını, Azərbaycanın da iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. E. Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verib. Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3711.html