Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Tomas de Val “The National İnterest”də Qarabağ münaqişəsindən yazdı
01.06.11 19:58

“The National İnterest” qəzetinin bugünkü sayında analitik Tomas de Valın Cənubi Qafqazla bağlı yazısı dərc olunub. “KƏLAMİNFO” xəbər verir ki, müəllif iki ölkə arasında sülhə olan ümidini itirərək, prosesi ritorik suallar və emosional cümlələrlə şərh edib: “G8 sammitindən sonra prezident Medvedyev, Sarkozi və Obamanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən söhbətində vəziyyətin çözülməzliyi narahatlıq doğurur. Lakin burası da var ki, bu münaqişə uzun illərdir ki, beynəlxalq siyasi səhnədəki ən ciddi problem kimi qalır. 15 ildir ki, dünya birliyi post-sovet ölkələri – Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzərində gedən münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır.Məsələni həll edə bilməsələr də, analitiklər kompromisə qapalı, olduqca mürəkkəb və qəribə iddialara söykənən sülh prosesini izləyirlər. Qarabağ münaqişəsində dünyanın təklif etdiyi tələbə uyğun olaraq, əraziyə müstəqillik verilməsi Azərbaycanın müharibəyə başlamasına səbəb olar ki, bu da regionda təzə-təzə formalaşan hər şeyi məhv edər. G8–də qəbul edilən deklarasiyada isə deyilir ki, məhz silaha sarılmaq indiki müharibə və qeyri-sabit vəziyyətin səbəbidir. Növbəti dəfə məsələni silah gücünə həll etmək yolunu seçən daha çox dağıntı və zülm gətirəcək, bu isə beynəlxalq ictimaiyyət tərəfindən qınanılır”. Bu halda neyləməli? Bir tərəfdə Qarabağdan əl çəkmək istəməyən Ermənistan, digər tərəfdə dünya birliyinin gözünü qorxutmaq üçün iri neft-qaz layihələri hesabına ordusunu qüvvətləndirən Azərbaycan, digər tərəfdə isə Qarabağdakı erməniləri tədricən çıxararaq, əraziyə ya nisbi azadlıq, ya da beynəlxalq ərazi titulu verməyi tələb edən dünya birliyi. Bütün ümidlərin bitdiyi yerdə dünya birliyi baş verə biləcək hər hansısa bir müharibənin qarşısını almaq üçün iyunda baş tutacaq üçtərəfli görüşdə prezidentləri ortaya qoyulan sənədi imzalamağa məcbur edəcək. Azərbaycan öz tarixi torpaqlarına nə beynəlxalq ərazi statusu verilməsinə, nə də nisbi azadlıq verilməsinə razı olmayacaq. Bu xalq birmənalı şəkildə torpaqlarından ermənilərin çıxarılmasını tələb edir. Çünki beynəlxalq konvensiya onlara bu haqqı verir. Ermənilər isə uzun illərdir ki, məskunlaşdıqları torpaqlardan çıxmaq istəməyəcək. Çünki bu ərazi onlar üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, növbəti görüşün həm sülh, həm müharibə təhlükəsi var”.
URL / WWW
http://kelam.az/article/a-3710.html