Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi
03.12.09 21:37

Bu gün “Avropa” otelində “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev tədbirdə müzakirə olunacaq məsələlərin səmrəli idarəolma, şəffaflıq, hesabatlılılıq və vətəndaş cəmiyyətinin əsaslarından biri olduğunu bildirdi. QHT-lərin faliyyətində sözügedən prinsiplərin əsas götürülməsinin vacib olduğunu diqqətə çatdıran Ə.Nuriyev qeyd etdi ki, təşkilatlar hər zaman bu prinsiplərlə çalışsalar da onların təkmilləşdirilməsinə ehtiyac var. QHT-lərin fəaliyyəti, onların hesabatlılığı ilə bağlı mətbuatda az məlumatın getdiyini söyləyən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirdi ki, ölkədə çox az sayda QHT var ki, ictimaiyyətə məlumat verir. Ölkədə 2447 QHT-nin qeydiyyatdan keçdiyini açıqlayan Şura sədri rəhbərlik etdiyi qurum iki aydır bu sahədə araşdırma apardığını, 1308 QHT-nin fəaliyyəti haqqında məlumatın olmadığını bildirdi. A.Quliyev həmçinin qeyd etdi ki, 2005-ci ildə cəmi 33 təşkilat Qrant layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, həmin ildə 300-dən artıq təşkilat qrant yardımı alıb. A.Quliyev QHT-lərin ümumi yığıncaqlarının keçirilməməsi, QHT-donor münasibətləri, QHT-lərin müstəqilliyi və digər problemlərin də mövcudluğundan bəhs etdi. Seminarda QHT-lərdə şəffaflıq, səmərəli idarəetmə, hesabatlılıq və digər məsələlərlə bağlı bir sıra təkliflərin verildiyini diqqətə çatdıran A.Quliyev İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov tərəfindən təqdim olunan “Məsuliyyət Xartiyası”nın daha təqdirəlayiq olduğunu bildirdi. O, Xartiyada QHT-donor münasibətlərində etik normaların qorunması ilə bağlı maddələrin də əks olunması təklifi ilə çıxış etdi. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun icraçı direktoru Fərda Əsədov isə QHT-ictimaiyyət münasibətləri, etibarlılıq və digər məsələlərdən danışdı.
URL / WWW
http://kelam.az/article/a-371.html