Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Almaniyanın Giessen Universitetində Azərbaycan kitab bölümü açılıb
02.06.11 02:58

Almaniyanın Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Azərbaycan kitab bölümü açılıb. Bu barədə “KƏLAMİNFO”ya Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu bölümə müxtəlif mövzuda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində 200-dən artıq kitab təqdim edildiyi bildirilib. Bölmənin rəhbəri Dr. Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda adı çəkilən kitab bölümünün açılmasına qərar verilib. Dr.Friedmanın sözlərinə görə, universitetin rəhbərliyi Azərbaycan Respublikasına artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun sayıb və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət edib. Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovanın dediklərinə görə, universitetdə açılan yeni kitab bölümünün Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olacaq. Belə ki, Giessen Universitetində dünyanın 30-dan çox ölkəsindən gəlmiş gənc təhsil alır.
URL / WWW
http://kelam.az/article/a-3708.html