Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov İKT ölkələrini Azərbaycanın BMT TŞ-na üzvülüyünü dəstəkləməyə çağırıb
01.06.11 19:58

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında Daimi nümayəndəsi E.Məmmədyarovu salamlayaraq, Azərbaycanın İKT-nin fəal dövləti olduğunu qeyd edib. O, 2006-cı ildə İKT Nazirlər komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Nazir E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərədə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb və cari ilin oktyabrında keçiriləcək seçkilərdə İKT üzv-dövlətlərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması, BMT və İKT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, ölkəmizin İslam dünyasının tərkib hissəsi olması, bu mənada və coğrafi baxımından Avropa və Asiya arasında körpü rolunun oynaması və sivilizasiyalararası dialoqa töhfənin verməsi qeyd edilib. Eyni zamanda, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verib. Nazir Məmmədyarov, BMT TŞ-nın 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd edərək, BMT nizamnaməsinə əsasən, TŞ-nın bu cür qətnamələrinin BMT-yə üzv olan dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olmasını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3706.html