Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov BMT-nin baş katibi ilə görüşüb
02.06.11 02:57

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Qərargahında baş katib Ban Ki-Mun ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin mətbuat xidmətindən veriblər. Ban Ki-Mun BMT ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirdiyinə görə məmnunluğunu bildirib. Nazir E.Məmmədyarov BMT baş katibinə prezident İlham Əliyevin salamlarını çatdırıb. Daha sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında baş katibə ətraflı məlumat verib. Baş katib münaqişənin sülh yolu ilə tezliklə həll edilməsinə ehtiyacın olduğunu qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini bildirib. Nazir E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri həmsöhbətinin diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-3705.html