Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 65 yaş həddi elmi tədqiqat müəssislərində çalışanlara şamil olunmayacaq
31.05.11 19:41

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Hadı Rəcəbli bildirib ki, gündəlikdə Əmək Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dövlət başçısı tərəfindən parlamentə daxil olan layihə müzakirə olunur. O qeyd edib ki, layihə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş dövlət büdcəsindən maliyyələşən elmi tədqiqat müəssisələrində çalışanların yaş həddi ilə bağlıdır. Layihəyə əsasən, dövlət müəssisələrində çalışanlar üçün nəzərdə tutulan maksimum 65 yaş həddi elmi tədqiqat müəssislərində çalışanlara şamil olunmayacaq. Müzakirələrdən sonra layihə təsdiqlənərək Milli Məclisin iclasına tövsiyə olunub. İclasda, həmçinin “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Layihədə qeyd olunub ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan, əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssislərində azı 25 il çalışmış, elmi dərəcəsi olan, lakin işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsinin üzərinə - elmlər doktoru elmi dərəcəsinə görə 200, fəlsəfə doktoru elmi dərəcəsində görə 120 manat məbləğində əlavə hesablanacaq. Komitə bu sənədi də müzakirələrdən sonra parlamentin iclasına tövsiyə edib.
URL / WWW
http://kelam.az/article/a-3703.html