Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran Almaniyanın baş nazirini iki saat göydə saxlayıb
01.06.11 02:41

Almaniya baş naziri Angela Merkel Hindistana səfər edərkən iki saat Türkiyə səmasında qalıb. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, buna səbəb İranın Angela Merkelin Hindistana İranın ərazisindən keçməsinə icazə verməməsidir. Merkelin sözçüsü Steffen Seibert Twitter hesabında bildirib ki, İran müvəqqəti olaraq icazə verməyib, problem qısa müddətdə aradan qaldırılıb. O həmçinin baş nazirin Hindistana səfərini fövqəladə bir hal kimi qiymətləndirib. Merkellə birgə Hindistana səfər edən “Röyter” agentliyinin müxbiri də İranın öncə icazə verdiyini, sonra isə səfərə maneə törətdiyini bildirib. Qeyd edək ki, Almaniyanın baş nazirinin Hindistana səfəri iki gün olacaq.
URL / WWW
http://kelam.az/article/a-3699.html