Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Riqada simfo-muğam konserti keçirilib
01.06.11 02:41

Mayın 29-u Riqada, Latviya filarmoniyasında Azərbaycanın Respublika gününə həsr olunan simfo-muğam konserti keçirilib. Latviyanın musiqili şəhəri olan Lepayanın 70 nəfərlik simfonik orkestri, Azərbaycanın Əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimov, Əməkdar artist, tar ifaçısı Elçin Həşimov və Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov Filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər. “KƏLAMİNFO”nun məlumatına görə, konsert anşlaqla keçib. Tamaşaçılar öz təəssüratlarını bölüşərək bildiriblər ki, muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir. Konsert haqqında məlumat birinci növbədə informasiya portallarında, radiolarda və televiziyada yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məmmədovun, “Air Baltic” aviaşirkətinin, Azərbaycanda və xaricdə ölkəmiz haqqında bir sıra mədəniyyət layihələrini dəstəkləyən ölkənin əsas mobil operatoru olan “Azercell”in dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.
URL / WWW
http://kelam.az/article/a-3698.html