Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir
31.05.11 19:41

Millət vəkili Çingiz Qənizadə təmsil etdiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində görüşlərini davam etdirir. Deputatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ç.Qənizadə dünən Beyləqan rayonu ərazisinə düşən Şərq, Türklər, Sarısu, Binnətli, Gödəklər, Əhmədli və Aşıqallar kəndlərində seçiciləri ilə görüşlər keçirib. Bu görüşlər zamanı deputat seçiciləri maraqlandıran suallara cavab verib, eyni zamanda onlar qarşısında altı aylıq fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxışlar edib. Ç.Qənizadə qəbul etdiyi ərizə və şikayətləri yerindəcə araşdıraraq həlli mümkün olan problemləri həll edib, digərləri ilə məşğul olacağını seçicilərin diqqətinə çatdırıb. Görüş zamanı millət vəkilini rayon icra strukturunun nümayəndələri müşayiət ediblər və vətəndaşları narahat edən problemlərlə bağlı onlar da qeydiyyat götürüblər. Seçicilərlə ünsiyyət zamanı Ç.Qənizadə ölkədəki ictimai-siyasi vəziyyət, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, eyni zamanda ölkənin daxili və xarici siyasəti barəsində onlara ətraflı məlumat verib. Bundan başqa, millət vəkili Dağlıq Qarabağ problemi, beynəlxalq təşkilatların Azərbaycana münasibəti, son zamanlar hicab adı altında ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönələn və xaricdən maliyyələşən qüvvələrin fəaliyyəti haqda da seçiciləri ilə söhbətlər aparıb, ayıq-sayıq olmağı onlara tövsiyə edib. Bu cür görüşlər davam edəcək. İyun ayının 3-də bölgədə yerləşən N saylı hərbi hissələrin birində deputat bir sıra QHT nümayəndələri ilə birgə hərbçilərlə görüş keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-3697.html