Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Müxalifətdə daha bir qruplaşma yaranır
31.05.11 19:41

“Hazırda bir neçə müxalifət partiyası arasında AXCP və Müsavatdan kənar ümumi bir birlik forması ətrafında danışıqlar gedir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, son bir neçə gündə siyasi partiyalarla keçirilən görüşlərdə bu birliyin mümkünlüyü araşdırılır. “Atılan hər hansı bir addım uğursuzluğa düçar olandan sonra başqa səviyyədə eyni bir ideyanı reallaşdırmaq üçün belə təşəbbüslər ortaya çıxır. İndiki halda AXCP və Müsavat müxalifətin ümumi birliyini istəmədiyinə görə, müəyyən bir birlik forması ətrafında danışıqlar gedir ki, onlarsız hansısa qurum yaratmaq mümkündür, yoxsa yox. Yəni bunun mümkünlüyü araşdırılır” - deyə S.Cəlaloğlu vurğulayıb. ADP sədri deyir ki, bu birlikdə ona görə AXCP və Müsavatdan kənardırlar ki, hansısa birlik adı altında parçalanmaya gətirib çıxaracaq addım atmış olmasınlar. “Birlik adı altında parçalanmaya gətirib çıxaran addım atacağıqsa, əksinə, birliyin əleyhinə çıxış edəcəyik” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3696.html