Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mehriban Əliyeva: “Dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır”
01.06.11 02:41

Bu gün Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu oxunub. “KƏLAMİNFO”nun məlumatına görə, təbrik məktubunda qeyd edilib ki, bioetikanın öyrənilməsi baxımından müxtəlif konfrans, forum və Dəyirmi masaların keçirilməsi dəstəklənməlidir. “Hər birimiz yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi məkanın sahibinə çevirib. Bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz ki, bu, uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq. Tədbirin təşkilində əməyi olan hər bir kəsə, xüsusilə onun Bakıda keçirilməsini dəstəkləyən YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya dərin minnətdarlığımı bildirir, sessiyanın işinə uğurlar arzulayıram”,-deyə M.Əliyevanın təbrik məktubunda bildirilib. Qeyd edək ki, sessiya iştirakçılarına təbrik məktubunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxuyub.
URL / WWW
http://kelam.az/article/a-3695.html