Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib
01.06.11 02:41

Bu gün Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklikləri təsdiq edib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərə görə, vətəndaşların Ali Məhkəməyə müraciəti zamanı ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilmiş 5 hakimdən ibarət məhkəmə heyəti baxacaq. O qeyd edib ki, məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Ali Məhkəmənin sədri həmin hakimi 5 ehtiyat hakimdən biri ilə əvəz edir. Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakim ərizəyə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxara bilər; ərizənin qaytarılması haqqında, ərizənin rədd edilməsi haqqında, ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında. Qeyd olunan dəyişikliklər deputatların müzakirəsindən sonra təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-3694.html