Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilir
31.05.11 19:40

Bu gün Bakı Biznes Mərkəzində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət və hökumət nümayəndələri, bir sıra beynəlxalq təşkilatların əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslar və digər müvafiq qurumların təmsilçilərinin iştirak etdiyi sessiya YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil edilib. Sessiyanın açılışında çıxış edən AMEA prezidenti, akademik Mahmud Kərimov xatırladıb ki, Azərbaycanla YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur və son illər elm, mədəniyyət və təhsil sahələrində icra olunan birgə layihələr bunun bariz nümunəsidir. M.Kərimov qeyd edib ki, Bioetika elmi 20-ci əsrin 70-ci illərindən bəri dünyada çox yüksək sürətlə inkişaf edən müasir elm sahələrindən biridir. Onun sözlərinə görə, planetimizdə Bioetikanın bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə, yeni texnologiyaların insan sağlamlığına və bəşəriyyətin gələcəyinə gətirən potensial risklərin qiymətləndirilməsi ilə şərtlənmişdir. Bioetika elminin inkişafı, bu sahədə tədrisin və maarifləndirmənin gücləndirilməsi istiqamətində Azərbaycanda da müvafiq işlərin görüldüyünü diqqətə çatdıran M.Kərimov qeyd edib ki, ölkəmizdə yeni ixtisas kimi qəbul edilən “Bioetika və tibbi hüquq” üzrə mütəxəssis və alimlərin hazırlanması üçün AMEA-da doktorantura və dissertantura yerləri açılıb, bu sahə ilə bağlı YUNESKO-nun bir sıra kitabları Azərbaycan dilinə tərcümə edilib. O, əmin olduğunu bildirib ki, toplantı bioetikanın inkişafına, burada müzakirə ediləcək problemlərin həllinə öz töhfəsini verəcək və sessiyanın yekunları əsasında konkret tədbirlər həyata keçiriləcək. Sonra YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bu qurumun baş direktoru İrina Bukovanın müraciətləri təqdim edilib. YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Pilar Alvarez-Laso, Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans və digərləri mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Qeyd edək Bioetika ilə bağlı çoxsaylı məruzələrin dinləniləcəyi sessiya iyunun 2-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-3692.html