Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda I Milli İnternet Forumu keçirilir
04.12.09 03:37

Bu gün Bakıda I Milli İnternet Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, forumda açılış nitqi ilə “YUMROO” Şirkətinin baş direktoru Anar Yolçiyev çıxış edib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, bu forum Azərbaycanın İKT sektorunun inkişafı istiqamətində görülən işlər arasında növbəti addımdır. E.Vəlizadə forumun əsas məqsədinin bu sahədə gedən proseslərin qiymətləndirilməsi və ölkənin İKT sahəsində gələcəkdə görüləcək işləri müəyyən etməkdən ibarət olduğunu vurğulayıb. Nazir müavini 1994-cü ildə ABŞ-da ilk internet saytının fəaliyyətə başladığını, Azərbaycanda isə ilk internet saytının 1995-ci ildə yaradıldığını və bunun Azərbaycan Milli Elmlər Akademiyasına mənsub olduğunu qeyd edib. HP şirkətinin Azərbaycandakı nümayəndəliyin təmsilçisi İqor Yevtçuk “İnternetin inkişafı istiqamətində müştəri üçün virtual mühitin yaradılması üzrə həll yolları”, “NOKIA” şirkətinin MDB-nin cənub ölkələri üzrə marketinq şöbəsinin rəhbəri Ruslan Beisov “OVİ və NOKİA noutbukları”, “Oracle” şirkətinin nümayəndəsi Elçin Quliyev ”İnternet “Oracle” ilə - daha imkanlı, etibarlı və təhlükəsiz”, “Microsoft-Azerbaijan” şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundov “Microsoft və Azərbaycanın təhsilində İKT” adlı məruzə ilə çıxış ediblər. Forum “YUMROO” Milli Axtarış Portalının (www.yumroo.az) təşkilatçılığı, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, “AzeriCard” şirkəti, “HP” şirkətinin Azərbaycandakı nümayəndəliyi və “İRƏLİ” İctimai Birliyinin dəstəyi keçirilir. İki gün davam edəcək tədbirin ilk günü müzakirələr 3 mövzu (Azərbaycanda telekommunikasiyanın “əsas oyunçuları”, Azərbaycan İnternetinə nəzər, Azərbaycan İnternetində İnformasiya və Media) ətrafında aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-369.html