Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransının Plenar iclasında çıxış edib
27.05.11 22:53

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatı 16-ci Nazirlər Konfransında və Hərəkatın 50-illik yubileyinə həsr olunmuş görüşün Plenar iclasında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin Mətbuat xidmətindən veriblər. E.Məmmədyarov Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunmasından keçən müddət ərzində onun BMT Nizamnaməsində əksini tapan beynəlxalq hüququn prinsiplərinə məsuliyyətlə yanaşdığını, ölkəmizin Xəzər hövzəsi - Qafqaz regionunda davamlı əməkdaşlıq üçün sabit və etibarlı tərəfdaş olduğunu və Azərbaycanın müxtəlif din və mədəniyyətlər arasında körpü rolunu oynayaraq sivilizasiyalararası dialoqa öz səmərəli töhfəsini verdiyini qeyd edib.Çıxışında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən 20% ərazisinin qonşu Ermənistanın işğalına məruz qaldığını, münaqişə nəticəsində ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu qeyd edib. Nazir münaqişənin region ölkələrinin inkişafına maneə törətdiyini vurğulayıb. E.Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransının yekununda qəbul edilməsi nəzərdə tutulan Bali Bəyannaməsində qeyd olunan beynəlxalq münaqişələrin sülh yolu ilə həlli fikrinə müsbət münasibət bildirərək Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli həll olunmasının vacibliyinə diqqəti cəlb edib. İsrail–Fələstin münaqişəsinə toxunan nazir Şərqi Qüdsün paytaxt olması şərtilə 1967-ci il sərhədləri daxilində qurulacaq və BMT-yə üzv qəbul olunacaq müstəqil Fələstin dövlətinin yaradılması istiqamətindəki Azərbaycanın dəstəyini davam etdirəcəyini qeyd edib. Qeyd edək ki, tədbir çərçivəsində E.Məmmədyarov İndoneziya, Misir, Əfqanıstan, İran və Sloveniyanın xarici işlər nazirləri, Türkiyə, Qazaxıstan, Belarus xarici işlər nazirlərinin müavinləri, Kambocanın dövlət katibi və Bukina-Fasonun BMT yanındakı daimi nümayəndəsi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsini və maraq doğuran digər ikitərəfli məsələləri müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-3686.html