Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » 3 prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edib
27.05.11 22:53

«Böyük səkkizliy»in Dovil şəhərində keçirilən sammitində Rusiya, ABŞ, Fransa prezidentləri - Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat qəbul ediblər. Həmsədr dövlətlərin Azərbaycan və Ermənistan liderlərini əhalini müharibəyə deyil, sülhə hazırlamaq və iyunda keçiriləcək sammitə qədər Dağlıq Qarabağ münaqişəsinin əsas prinsipləri üzərində işləri başa çatdırmağa çağırışı əks olunub. Medvedev, Obama və Sarkozi Ermənistan və Azərbaycan liderlərini siyasi idarə nümayiş etdirməyə və iyunda münaqişənin həlli ilə bağlı keçiriləcək sammitə qədər əsas prinsiplər üzərində işləri başa çatdırmağa çağırıblar. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, həmsədr dövlətlərin birgə bəyanatında bildirilib ki, münaqişənin həllinin uzadılması tərəflərin əldə edilən razılaşmaya yaxınlığını sual altına qoymuş olur. «Razılaşma əldə olunduqda, biz bu prinsiplərin formal qəbul olunmasına şahidlik etməyə, sülh razılaşmasının əldə olunmasına yardım etməyə hazırıq» - deyə bəyanatda vurğulanıb. Dövlət başçıları əlavə ediblər ki, «əldə olunacaq razılaşmanın beynəlxalq tərəfdaşlarla birgə həllini dəstəkləməyə hazırdırlar». Üç dövlət başçısı onu da vurğulayıb ki, münaqişənin yalnız danışıqlar yolu ilə nizamlanması sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər. «Bu, region ölkələrinə inkişaf və əməkdaşlıq imkanları gətirə bilər» - deyə bəyanatda bildirilib. Obama, Sarkozi və Medvedyev əmindirlər ki, Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərinin münaqişənin sülh yolu ilə həllinə doğru addım atmasının vaxtı çatıb.
URL / WWW
http://kelam.az/article/a-3684.html