Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Serbiya səfirinin etimadnaməsini qəbul edib
28.05.11 02:53

Prezident İlham Əliyev Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Zoran Vayoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini bildirib. Serbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edən dövlət başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etməsinin əhəmiyyətini də vurğulayıb. Prezident İlham Əliyev Zoran Vayoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Zoran Vayoviç Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Diplomat ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3682.html