Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Politoloq: “Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atır”
27.05.11 22:53

“Azərbaycanın “Qoşulmamaq Hərəkatına” qoşulması daha çox Rusiya və İrandan olan təzyiqlərin qarşısının alınmasında müstəsna rol oynayacaq”. Bu barədə “KƏLAMİNFOa”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, ola bilsin İranla hansısa münaqişə gözlənilir və ya faktiki olaraq Rusiya NATO-ya görə Azərbaycanı qısqanır. “Bu hər iki ölkəyə bir mesajdır ki, baxın biz neytralıq, ərazimizdən sizə təhlükə filan olmayacaq”,-deyə ekspert vurğulayıb. R.Ağayev qeyd edib ki, istənilən halda Azərbaycanın hansısa hərəkata qoşulması özünün müstəqil siyasətidir və buna görə Bakını heç kim ittiham edə bilməz. “Siyasət elə bir hadisədir ki, müxtəlif zamanda maraqlar da müxtəlif olur. Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atır, bunu o qədər də mübahisə etməyə dəyməz”,-deyə politoloq bildirib. O, həmçinin əlavə edib ki, belə bir hərəkata qoşulma Qarabağ münaqişəsinin həllində o qədər də ümidlər vermir.
URL / WWW
http://kelam.az/article/a-3676.html