Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fuad Ələsgərov: “Siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi mövcud deyil”
27.05.11 22:53

“Problem ondadır ki, ”Siyasi məhbus” ifadəsinin hamı tərəfindən qəbul olunan tərifinin olmaması bu ifadənin müxtəlif şərhlərinə gətirib çıxarır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən "Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.F.Ələsgərov bildirib ki, "Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul olunması üzrə seminar mühüm əhəmiyyətə malikdir. "Problem ondan ibarətdir ki, siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi mövcud deyil. Bu vəziyyət siyasi məhbus ifadəsinin müxtəlif şərhlərinə gətirib çıxarır. Problemin aradan qaldırılmasında Avropa təsisatlarının mühüm rolu var" – deyə F.Ələsgərov əlavə edib. O qeyd edib ki, ümumi maraq doğuran məsələlərə dair vahid yanaşma qəbul olunmalıdır. "Bu yanaşma insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır. Ona görə də siyasi məhbus ifadəsi də həmin kontekstdə müəyyən olunmalıdır" - deyə PA rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3674.html