Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Katolik kilsəsi ilə bağlı saziş ratifikasiya olunub
27.05.11 22:53

Milli Məclis bu gün “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təsdiq edib. “KƏLAMİNFO” xəbər verir ki, layihə haqqında məlumat verən Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sözügedən sazişin 8 maddədən ibarət olduğunu deyib. O bildirib ki, Azərbaycanın tolerant bir məkana çevrilib, Azərbaycanda islam dininə mənsub olan dini cərəyanlarla yanaşı pravoslav kilsəsi, sinaqoqlar, digər dini təriqətlərə məxsus olan ibadət yerləri fəaliyyət göstərir: “Bu Katolik kilsəsi ilə bağlı ayrıca sazişin olması və imzalanması o demək deyil ki, digər dinlər zəifdirlər, gücsüzdürlər. Hesab edilir ki, Katolik kilsəsi ilə bağlı belə sazişin imzalanması və ratifikasiyasına ehtiyac var”.
URL / WWW
http://kelam.az/article/a-3673.html