Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 28 May Respublika Günü Kanadada qeyd olunub
28.05.11 02:53

“28 May – Respublika Günü” və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, ziyafət Kanadanın paytaxtı Ottava şəhərinin ən möhtəşəm binası “Fairmont Chateau Laurier” mehmanxanasında təşkil olunub. Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 1918-ci ildə 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd edib.Həmçinin, 1991-ci ildən sonra ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf barəsində məlumat verən səfir F.Şəfiyev Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edək ki, Ottava şəhərinin meri Cim Vatsonun (Jim Watson) müvafiq qərarı ilə 28 may 2011-ci il tarixi Ottava şəhərində “Azərbaycan Respublikası günü” elan edilib.
URL / WWW
http://kelam.az/article/a-3672.html