Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ukraynada konfransa qatılacaq
27.05.11 00:07

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Yaltada keçiriləcək Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edəcək. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfrans cari ilin 26-27 may tarixlərində Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək. Xatırladaq ki, konfrans zamanı “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji – təcrübələr, problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər”, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə: Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi” və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər müzakirə olunacaq. Avropanın mədəniyyət və Təbii İrsin qorunması ilə məşğul olan bir sıra təşkilatlarının yüksək çinli nümayəndələrinin iştirak edəcəyi konfransda Yalta Bəyannaməsinin təqdimatı və imzalanması da nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3669.html