Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Arif Həşimov: “Hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək”
26.05.11 22:07

Yaş senzi ilə bağlı qəbul edilən qərar, qanun icra edilməlidir, ancaq Akademiyada yaşından asılı olmayaraq alimlərin elmi potensialından istifadə ediləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. “Elə olmayacaq ki, o elmi potensialdan istifadə edilməsin. Əminəm ki, qanun imkan verəcək ki, biz elmi potensialdan istifadə edək. İnanmıram ki, qəbul ediləcək son qərar alimlərin məsləhət və elmi işçi qismində saxlamağa imkan verməsin”,-deyən A.Həşimov həmçinin hesab edir ki, yaş senzi elmi fəaliyyətə deyil, inzibati vəzifələrin tutulmasına şamil oluna bilər: “Yaş senzi elmi fəaliyyətlə məşğul olmağa şamil oluna bilməz. Ona görə də, hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək. Tam əmin ola bilərsiniz ki, elmi işçilər yaşlarından asılı olmayaraq, elmi fəaliyyətlərini mütləq davam etdirəcəklər”. Qeyd edək ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışanlar üçün son yaş həddi müəyyən olunub. Belə ki, bu günlərdə Milli Məclisdə bu məsələ müzakirə edilib və nəticədə son yaş həddinin 65-də saxlanması qərara alınıb. Ancaq dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə fəaliyyət müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dəyişikliyə əsasən, fəaliyyət müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
URL / WWW
http://kelam.az/article/a-3666.html