Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qırğızıstanda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
26.05.11 23:07

Azərbaycanın Qırğızıstandakı səfirliyi “Dəsmiyə” restoranında 28 May – Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə səfirlik tərəfindən Qırğız Respublikasının Jogorku Keneşin (Parlament) deputatları, Qırğızıstanda akkreditə olunmuş səfirlik və nümayəndəliklər, Qırğız-Türk “Manas” Universitetinin rəhbərliyi, soydaşlarımız, yerli ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş ölkələrin və yerli KİV-lər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir A.Ağayev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu söyləyib. O, ilk demokratik respublikanın millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.Tədbirdə əsas qonaq qismində iştirak edən Qırğızıstanın Xarici İşlər Nazirliyinin stats-katibi Asein İsayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan xalqını Qırğızıstan hökuməti adından təbrik edib. Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilib.
URL / WWW
http://kelam.az/article/a-3664.html