Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziya Məmmədov Almaniyada Beynəlxalq Nəqliyyat Forumunda iştirak edir
27.05.11 02:05

Almaniyanın Leypsiq şəhərində beynəlxalq nəqliyyat forumu keçirilir. Nəqliyyat Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, forumda nazir Ziya Məmmədov iştirak edir. Beynəlxalq Nəqliyyat Forumunun (İTF) budəfəki mövzusu “Cəmiyyət üçün nəqliyyat”dır. İştirakçılar və İTF-ə üzv dövlətlər cəmiyyətin tələbləri və ehtiyacına uyğun olaraq nəqliyyat məsələlərinin həlli üçün çıxış yollarının tapılmasını müzakirə edirlər. Eyni zamanda, Forumun dünyanın bugünkü tələblərinə uyğun olaraq nəqliyyat sektorunun inkişafı üçün yeni perspektivlər yaradacağı gözlənilir. Başqa sözlə, Forum üzv dövlətlər və nazirlər üçün bir yerə toplaşmaq, müxtəlif məsələlər və təcrübələr barədə öz fikirlərini paylaşmaq və sıx əməkdaşlıq münasibətləri qurmaq imkanı yaradır.Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində Ziya Məmmədovun, həmçinin, Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz məsələləri üzrə nazirinin müavini Kim Hee – Guk, İspaniyanın nəqliyyat naziri Jose Blanco Lopez, Almaniyanın nəqliyyat naziri Peter Ramsauer, Türkiyənin nəqliyyat və kommunikasiya naziri Mehmet Habib Soluk və Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansouri ilə ikitərəfli görüşləri də planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-3663.html