Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ünvanlar dəyişdikcə şəxsiyyət vəsiqəsini dəyişməyə ehtiyac olmayacaq
25.05.11 21:38

Ünvanlar dəyişdikcə, vətəndaşların şəxsiyyət vəsiqəsindəki baza məlumatları əslində dəyişilməlidir. Buna yol verməmək üçün küçələrin, yolların, nəqliyyat infrastruktur obyektləri kodlaşdırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri İlqar Nəbiyev deyib. Onun sözlərinə görə, kodlaşdırma sisteminin əsası budur ki, küçənin adının necə adlanmasından asılı olmayaraq, məkan həmin məkandır. “Adın dəyişməsindən asılı olmayaraq, obyekt kodla xarakterizə olunur, kod da öz növbəsində identifikasiya edilir. Yəni ünvanın vahid işarələnməsi aparılır. Bu isə vətəndaşların yenidən şəxsiyyət vəsiqəsini dəyişməsinə gətirib çıxarmayacaq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3661.html