Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan Meksikada mədəniyyət yarmarkasında təmsil olunur
25.05.11 21:38

Mexiko şəhərində ənənəvi “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. 15 gün davam edəcək yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Yarmarka, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər vasitəsi ilə öz ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, 30 milyonadək əhalisi olan Mexiko şəhərində gündəlik olaraq bir neçə milyon şəhər sakini və turist yarmarkanı ziyarət edirlər. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqda məlumatlarla yanaşı, ölkə haqda məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə çap və elektron materiallar nümayiş etdirilir və paylanılır. Həmçinin üzərində ispan dilində “Qarabağ, Azərbaycan”, “Azərbaycan-Odlar diyarı” yazılmış köynəklər, idman papaqları, qolbağılar, fincanlar, divar saatları və digər əşyalar, habelə müxtəlif mili şirniyyat növləri ziyarətçilərə təqdim edilir. Qeyd edək ki, yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir. Azərbaycanın 2011-ci il “Avrovizion” mahnı müsabiqəsində qalib gəldiyindən sonra bu marağın xüsusilə artdığı müşahidə olunur. Həftənin bütün günləri açıq olan sərgi zamanı Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilir.
URL / WWW
http://kelam.az/article/a-3660.html