Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
02.12.09 21:47

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizika fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi baş tutub. Müzakirələr nəticəsində, qəbul imtahanında məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsini tələb edən keyfiyyət və hesablama xarakterli test tapşırıqlarına üstünlük verilməsi qərara alınıb. Müzakirəyə təqdim olunmuş test tapşırıqlarından yalnız on tapşırıq qəbul edilib. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-366.html