Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi” haqqında qanunun qəbuluna ciddi ehtiyac var
25.05.11 21:38

“Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi” haqqında qanunun qəbul edilməsinə ciddi ehtiyac var. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova deyib. O, qeyd edib ki, bu gün insanlar bir çox təsirlərə məruz qalırlar. “Hazırda elə bir dövrdə yaşayırıq ki, insanlar öz psixoloji rahatlıqlarını informasiya mənbələrində axtarırlar. Bu baxımdan çox vacibdir ki, ölkəmizdə ötürülən informasiyaların psixoloji təhlükəsizliyi təmin olunsun, bu gün dünyanın ayrı-ayrı, formal və qeyri-formal mənbələri arasında insan beyni üzərində mübarizə gedir. Nəticədə insanlar təsirə məruz qalırlar. Bu təsirə və insan beyninin zombiləşməsinə qarşı Azərbaycanda belə bir qanunun qəbul olunmasına zərurət böyükdür. Hesab edirəm ki, yaxın vaxtlarda Milli Məclisdə bu məsələ gündəmə gətiriləcək”,-deyə R.Aslanova vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3657.html